AzQAC-ın FMKD üzvləri üçün “Mənim Haqqımda Kitab” təlimi keçirilib
Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın FMKD üzvləri üçün “Mənim Haqqımda Kitab” təlimi keçirilib
26-28
sentyabr tarixlərində Azərbaycan Qızıl Aypara Cəmiyyətin Fövqəladə Mobil Könüllü Dəstəsinin
üzvləri üçün “Mənim Haqqımda Kitab” təlimi keçirilib. “Mənim Haqqımda
Kitab” vəsaiti silahlı münaqişənin təsirlərinə məruz qalmış uşaqların
psixososial tələbatlarının qarşılanması məqsədi ilə istifadə olunur. Təlim
Beynəlxalq Qızıl Xaç Komitəsinin dəstəyi ilə AzQAC Tərtər rayon bölməsinin
ofisində keçirilib. Təlimdə Ağdam, Bərdə, Füzuli, Tərtər və Tovuz bölmələrindən
ümumi 13 nəfər iştirak edib. Təlim sonrası könüllülərin məktəblərdə “Mənim
Haqqımda Kitab” vəsaitinin köməyi ilə uşaqlar üçün psixososial məşğələlər
keçirilməsi nəzərdə tutulur.